Hollandiya millisinin baş məşqçisi Ronald Kuman hücumçu Memfis Depayın “Atletiko”nu tərk etmək ehtimalına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis futbolçu barədə “Bəli, o, yayda yeni klub axtaracaq”- deyə, açıqlama verib.
Depay ötən qışdan “Atletiko”da çıxış edir. Forvard komanda ilə çıxdığı 23 matçda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Transfermarkt”ın məlumatına görə, 30 yaşlı oyunçunun bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.