24 Sentyabr 2024
Ölkə futbolu

“Şamaxı”da ayrılıq

Azərbaycan I Liqasının qalibi olan “Şamaxı” klubu qapıçısı Əkpər Vəliyevlə yollarını ayırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni mövsüm öncəsi klubdan ayrılan ilk futbolçu olub.

Müqavilə müddəti başa çatan qolkiperlə yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, “Şamaxı” 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43