23 Sentyabr 2024
Dünya futbolu

“Real”ın hücumçusu “Mançester Siti”yə keçir

“Real”ın hücumçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır. Yeni mövsümdən Kilian Mbappe ilə razılaşan “kral klubu” Rodriqo ilə yolları ayıra bilər. Yaxın günlərdə tərəflər arasında danışıqlar başlayacaq.

23 yaşlı hücumçu “Real”ın heyətində ümumilikdə 50 oyuna çıxıb və 17 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43