23 Sentyabr 2024
Dünya futbolu

Di Mariya Messinin yanına getdi

“Benfika” ilə müqaviləsi başa çatan Anxel Di Mariya komandadan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu karyerasını ABŞ-da davam etdirəcək. 36 yaşlı futbolçu Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” ilə anlaşıb.

Transferin qısa vaxtda açıqlanması gözlənilir. 

Di Mariya cari mövsüm “Benfika”nın heyətində 48 matçda 17 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43