“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirə bilər
İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”in oyunçusu Meyson Qrinvudu transfer etmək istəyir. “Cim-bom” 22 yaşlı futbolçunun təzminatı uyğun olarsa, vingeri rənglərinə bağlayacaq.
Qrinvudun klubu ilə bir illik sözləşməsi var. O, mövsümü icarə əsasında “Xetafe”də keçirib.