“Roma” baş məşqçisi Daniele De Rossinin müqaviləsini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssislə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub. Roma klubu yaxın vaxtlarda sözləşmənin uzadılacağını açıqlayacaq.
De Rossi yanvarda Joze Mourinyonun gedişindən sonra “Roma”ya rəhbərlik edib. Komanda mövsümü A Seriyasında altıncı yerdə başa vurub.