“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Tovuz təmsilçisi 2023/24-cü illər mövsümündə 10 qolla komandanın ən sərrast futbolçusu olan nigeriyalı hücumçu ilə daha 1 il müddətinə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Otto Con 2024/2025-ci illər mövsümünün sonunadək “Turan Tovuz”da oynayacaq.
Xatırladaq k, “Turan Tovuz” daha əvvəl Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano və Sadiq Quliuevlə də yeni müqavilələr imzaladığını açıqlayıb.