29 Sentyabr 2024
Dünya futbolu

Ruud van Nistelroy “Mançester Yunayted”ə qayıdır

Məşqçi Ruud van Nistelroy tezliklə “Mançester Yunayted”lə müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”in sabiq forvardı baş məşqçi Erik ten Haqın köməkçisi olacaq. Onun son iş yeri ötən ilin mayında tərk etdiyi PSV olub.

47 yaşlı mütəxəssis buna qədər klub sistemində çalışıb və Niderland millisinin məşqçilər korpusunda yer alıb.

“Mançester Yunayted” Premyer Liqada ötən mövsümü səkkizinci yerdə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43