06 Oktyabr 2024
Ölkə futbolu

AFFA rəsmisinə UEFA-dan təyinat

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupunda keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, iyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43