“Sevilya” “Rasinq” klubunun hücumçusu Peke Fernandesin transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı ispaniyalı ilə 2028-ci ilin yayına qədər 4 illik müqavilə imzalanıb. “Transfermarkt” portalı oyunçunun dəyərini 4 milyon göstərir.
Fernandes “Barselona” yetirməsidi. Keçən mövsüm o, “Rasinq” üçün 40 matçda 18 qol vuraraq II divizionda ən çox qol vuran ikinci oyunçu olub.