20 Sentyabr 2024
Kateqoriyasız

“Kəpəz”də yeni müqavilə – RƏSMİ

“Kəpəz” futbolçusu Ehtiram Şahverdiyevlə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, E.Şahverdiyev ötən mövsümdən Gəncə təmsilçisində oynayır.

Xatırladaq ki, “Kəpəz” bundan əvvəl Yeqor Xvalko və Elmir Tağıyevlə müqaviləni uzadıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43