“Neftçi”nin macarıstanlı müdafiəçisi Mark Tamaşa Yunanıstan klubundan təklif gəlib.
İdmanxeber.az-ın məlumatına görə, sözügedən ölkənin “Asteras Aktor” klubu oyunçunun xidmətində maraqlıdı. Hazırda tərəflər arasında danışıq aparıldığı bildirilir.
Daha öncə “Neftçi”nin müdafiəçisinə Polşanın “Puşça” və İtaliyanın “Reggiana” klubları da maraq göstərdiyi iddia edilirdi.