20 Sentyabr 2024
Ölkə futbolu

KİV: Mahir Emreli “Qarabağ”la anlaşdı

Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, millimizin üzvü “Qarabağ”la anlaşıb. Artıq tərəflər arasında razılıq əldə olunub. Transferin yaxın günlərdə açıqlanacağı bildirilir.

Xəbərfə “Sabah”ın da futbolçunu transfer etmək istədiyini, lakin Emrelinin “Qarabağ”ı seçdiyi vurğulanıb.

Mahir Emreli 2015-2021-ci illərdə “Qarabağ”ın formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43