Lionel Messi topuq bağındakı zədə səbəbindən “İnter Mayami” ən azı iki matçı buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə baş məşqçi Xerardo Martino açıqlama verib. Argentinalı futbolçu Amerika Kubokunun finalında Kolumbiya ilə oyunda (1:0) zədələnib. Hücumçu matçın 66-cı dəqiqəsində əvəzlənib.
“İnter Mayami” iyulun 18-də “Toronto” ilə, 21 iyulda isə “Çikaqo Fayr”la qarşılaşacaq. Bu mövsüm Messi klubda 12 oyun keçirib, 12 qol vurub və 9 məhsuldar ötürmə verib.
23 matçdan sonra “İnter Mayami” MLS Şərq konfransı turnir cədvəlində lider “Kinkinnati”dən bir xal geri qalaraq ikinci yerdədir.