“Real”in yeni futbolçusu Kilian Mbappe ABŞ-da keçirləcək yay toplanışını buraxacaq
M-ın məlumatına görə, Madrid klubu Amerikada üç yoldaşlıq oyunu keçirəcək. “Real”ın rəqibləri “Milan”, “Barselona” və “Çelsi” olacaq.
Mbappe yeni mövsümə İspaniya klubunda hazırlaşacaq. “Real”ın planı fransalı futbolçunun Varşavada “Atalanta” ilə keçiriləcək UEFA Superkuboku matçında oynamasıdır.
Futbolçu klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.