“Zirə” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Dalğa Arena”da “Şerif”lə (Moldova) qarşılaşıb. Görüşün əsas vaxtı 1:2 rəqibin qələbəsi ilə başa çatıb.
İlk matçda təmsilçimiz 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxtlar oynanılıb. Penaltilər seriyasında Moldova klubu zərbələri daha dəqiq yerinə yetirərək, növbəti mərhələyə yüksəlib.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab görüşü
18 iyul
20:00. “Zirə” – “Şerif” (Moldova) 1:2
Baş hakim: Bulat Sarıyev (Qazaxıstan).
Mərdəkan, “Dalğa Arena”.
İlk oyun – 1:0.