UEFA reytinqin cədvəlini yeniləyib.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda Azərbaycanın mövqeyi dəyişməyib. “Zirə” Avropa Liqasında “Şerif”lə matçda (1:2) məğlub olduğu üçün ölkəmizin aktivinə xal yazılmayıb.
Azərbaycan 17 min xalla 25–ci pillədə qərarlaşıb. 55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

