20 Sentyabr 2024
Ölkə futbolu

Sadıqov qivineyalı futbolçunun bu hərəkətini cavabsız qoymayacaq

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Zirə” penaltilər seriyasında (4:5) “Şerif”ə məğlub olub və Konfrans Liqasında mübarizə aparmalı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, hesab ilk hissədə 1:0 “Zirə”nin xeyrinə olarkən Salifi Suma qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. Nəticədə Moldova təmsilçisi ikinci hissədə 2 qol vurmağı bacarıb.

Matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov Salifu Sumanın cəzalandırılacağını bildirib. Qəsəbə klubunun baş məşqçisi qivineyalı hücumçunun komandaya vurduğu zərbənin cəzasız qalmayacağını, onun ağır formada cəzalandıracaqlarını bildirib.

Qeyd edək ki, “Zirə” Konfrans Liqasının ikinci təsnifat mərhələsində Slovakiyanın “Dak-1904” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43