Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Zirə” penaltilər seriyasında (4:5) “Şerif”ə məğlub olub və turnirdə mubarizəni dayandırıb.
İdmanxeber.az-ın məlumatına görə, penaltilər seriyasında “Zirə”nın üzvü Fuad Bayramov qeyri-dəqiq oynamaqla komandasının mərhələ adlamasına mane olub. Bu məqam oyunu stadiondan canlı izləyən Bayramovun atasının böyük məyusluğuna səbəb oldu. O, oğlunun penaltini düzgün yerinə yetirə bilməməsinin ardından göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, “Zirə” yoluna Konfrans Liqasında davam edəcək.