“Real” sabiq müdafiəçisi və komandanın kapitanı Naço Fernandes üçün vida mərasimi elan edib.
İdmanxeber.az-ın məlumatına görə, iyulun 24-də “Santyaqo Bernabeu”da baş tutacaq tədbirdə klub prezidenti Florentino Peres də iştirak edəcək. Futbolçunu ailəsi və “Real” sabiq üzvləri müşayiət edəcək.
34 yaşlı Fernandes Mişelin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanının “Əl-Kadisiyah” klubuna keçir.
Naço “Kral Klubu”nun yetirməsidir və onların heyətində 350-dən çox oyun keçirib və 19 qol vurub.