PSJ hücumçu Ceydon Sançonun transferi üçün “Mançester Yunayted”ə təklif göndərib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Paris klubuna keçməyə razılaşıb. Təklif olunan layihə onun xoşuna gəlib.
Sanço ötən mövsümün ikinci yarısını icarə əsasında Dortmund “Borussiya”sında keçirib. İngiltərəli 21 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
24 yaşlı oyunçunun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir və daha bir mövsüm uzadılması mümkündür.