“İnter” hücumçu Lautaro Martineslə müqaviləni uzadıb.
İdmanxeber.az-ın mməlumatına görə, yeni sözləşmə 5 illikdir və o, ildə 9 milyon avro qazanacaq. Yaxın günlərdə rəsmi açıqlama veriləcək.
26 yaşlı Martines 2018-ci ildən “İnter”də çıxış edir. 2023/24 mövsümündə argentinalı 44 matçda iştirak edib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib.
Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulurdu.