“Neftçi” yeni mövsümün üçün transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” “Trabzonspor”un futbolçusu Murat Cem Akpınarla yaxından maraqlanır. Hətta paytaxt təmsilçisi oyunçu üçün qarşı tərəfə 500 min dollar ödəməyə hazır olduğunu bildirib.
Xəbərdə yazılıb ki, 25 yaşlı futbolçu baş məşqçi Abdullah Avcının planlarına daxil deyil. O, yaxın vaxtda klubdan ayrılacaq. Akpınar “Neftçi” ilə yanaşı, bir neçə Türkiyə klublarının da diqqət mərkəzindədi.
“Trabzonspor” isə mərkəz yarımmüdafiəçinin satışından 750 min dollar qazanmaq istəyir. Rəhbərlik bu məbləğədn aşağı olan təklifləri dəyərləndirməyəcək.
Xatılradaq ki, oyunçunun Azərbaycan vətəndaşlığı da var.