“Liverpul”un müdafiəçisi Vircil van Deyk klubda qalmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi yeni sözləşmə təklifinə “hə” deyəcək. O, artıq bununla bağlı rəhbərliyə müsbət cavab verib.
Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
Xatırladaq ki, ötən mövsüm van Deyk bütün turnirlərdə 48 matça çıxıb, 4 qol vurub və 2 qolun ötürməsini verib.