“Atletiko”nun (Madrid) futbolçusu Stefan Saviç karyerasını Türkiyəda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, monteneqrolu müdafiəçi “Trabzonspor”dan təklif alıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət yekunlaşıb.
Saviç Super Liqa klubu ilə 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalayacaq.