Almaniyanın “Nürnberq” klubu millimizin üzvü Mahir Emreliylə bağlı yekun qərar verməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə II Bundesliqa təmsilçisinin idman direktoru Joti Xatsialeksiu yerli mətbuata danışıb.
“Futbolçu tam hazır olmasa belə, biz onu heyətimizə qatmağa hazırıq” – deyə, o, açıqlamasında bildirib.
Mahir Emrelinin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.