“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu “Real”ın maraq dairəsindədi. İngiltərəli futbolçunun “qırmızılar”la müqaviləsinin bitməsinə bir il qalıb.
Klubun yetirməsi olan Arnold hələlik təkliflə bağlı qərarını verməyib. O, rəhbərlikdən düşünmək üçün vaxt istəyib.
Futbolçu karyerası ərzində yalnız “Liverpul”da top qovub.