Millimizin hücumçusu Mahir Emrelinin Xorvatiya klubu “Dinamo”yla müqaviləsi ləğv ediləcək.
İdmanxeber.az-ın məlumatına görə, Almaniyanın II Bundesliqa klubu “Nürnberq” oyunçunu heyətinə qatmaqda israrlıdır. Baş məşqçi Miroslav Klozenin Emrelinin xidmətində maraqlı olduğu bir daha qeyd edilib.
Xəbərdə yazılıb ki, millimizin üzvü bu həftə Zaqreb təmsilçisiylə sözləşməni ləğv edəcək. Bunun ardından o, “Nürnberq”lə müqavilə bağlayacaq.