20 Sentyabr 2024
Ölkə futbolu

Riad Rəfiyevdən narazıdılar: “Samir Abasova şərait yaratmayan rəhbərlik istefa verməlidir”

Konfrans Liqasında mübarizəni elə ilk mərhələdəcə dayandıran “Sumqayıt”a təpkilər davam edir.

İdmanxeber.az-ın məlumatına görə, komandanın azarkeşləri sosial şəbəkələrdə klubu tənqid atəşinə tutublar.

Onlar “Sumqayıt”ın aşağı səviyyəli oyununu və heyəti gücləndirməyən rəhbərliyə sərt təpki göstərirlər. Avrokubok oyunları üçün lazımi transferlər etməyən klub rəhbəri Riad Rəfiyevə qarşı fikirlər heç də xoş deyil.

Fanatların əksəriyyəti bu uğursuz nəticəni klub rəhbərinin bacarıqsızlığına bağlayıb.

  

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43