20 Sentyabr 2024
Dünya futbolu Ölkə futbolu

Bunu “Sabah” bacardı! – 1998-ci ildən davam edən həsrətə Masazırda son qoyuldu

Ötən gecə “Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində “Makkabi”ni (İsrail, Hayfa) penaltilər seriyası ilə keçərək növbəti mərhələyə vəsiqə qazandı.

“Bayquşlar” bununla da Azərbaycan klublarının avrokuboklarda penaltilər seriyasında davam edən uğursuzluğuna son qoyub.

Azərbaycan təmsilçiləri 1998/1999-cu il mövsümündən bu yana avrokuboklarda heç vaxt penaltilər seriyasında gülən tərəf olmamışdı. Lakin ötən gecə Masazırda bu tilsimi “Sabah” qıra bildi və tarixi nəticəyə imza atdı.

Klublarımızın avrokuboklarda penalti seriyaları aşağıdakı kimidi:

1998/99 mövsümü, İntertoto kuboku

“Bakı fəhləsi” – “İnkaras” (Litva) – 4:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)

2007/08 mövsümü, İntertoto kuboku

“Daçiya” (Moldova) – “Bakı” – 3:1 (hər iki oyun – 1:1)

2010/11 mövsümü, Çempionlar Liqası

“Lex” (Polşa) – “İnter” – 9:8 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)

2012/13 mövsümü, Avropa Liqası

“Asteras” (Tripolis, Yunanıstan) – İnter – 4:2 (hər iki oyun – 1:1)

2014/15 mövsümü, Avropa Liqası

“İnter” – “Elfsborq” (İsveç) – 3:4 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)

2020/21 mövsümü, Avropa Liqası

“Keşlə” – “Laçi” (Albaniya) – 4:5 (yeganə oyun – 0:0)

2020/21 mövsümü, Çempionlar Liqası

“Qarabağ” – “Molde” (Norveç) – 5:6 (yeganə oyun – 0:0)

Konfrans Liqası 2022/23 mövsümü

“Qarabağ” – “Gent” (Belçika) – 3:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)

2023/24 mövsümü, Konfrans Liqası

“Sabah” – “Partizan” (Serbiya) – 4:5 (hər iki komanda evdə qalib gəlib – 2:0)

2024/2025 mövsümü, Avropa Liqası

“Zirə” – “Şerif” (Moldova) – 4:5 (1:0, 1:2)

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43