“Makkabi” ilə görüşdə zədələnib oyundan çıxan “Sabah”ın futbolçusu Ayaz Quliyevin son durumu bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçu əmiliyyat olunub. Onun çiyin bağlarının qopduğu bildirilir.
Quliyev uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Futbolçunun təxminən 6 həftə sonra məşqlərə başlayacağı bildirilir.