“Heç-heçə oynadıq. Bu, bizim üçün pozitiv nəticə deyil. Mən razı deyiləm. “Neftçi” böyük tarixi, böyük adı olan komandadır. Təbii ki, öz evimizdə qalib gəlməliyik. Bunun üçün cəhd göstərəcəyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Deyə bilmərəm ki, nəticədən razı deyiləm, amma əla oynadıq. Pis oynadığımızı da deyə bilmərəm. Biz yaxşı oynamağa cəhd göstərirdik. Bəzi epizodlarda pis görünmürdük. Qalib gəlsəydik, daha asan olardı, indi başqa cür danışardıq.
Biz istəyirdik ki, 90 dəqiqədə edək. Amma təəssüflər olsun ki, vaxt da çatmadı. Razıyam ki, bu cür son dəqiqələrdə yox, bütün oyunboyu oynamaq lazımdır. Xüsusilə də, evdə, öz azarkeşlərimizin qarşısında ilk dəqiqədən sona qədər belə oynamaq gərəkdir.
“Bütün bu illərdə Azərbaycandan uzaq olduğumu hiss etmirdim. Çünki daim jurnalistlərlə danışırdıq, müsahibələr verirdim. Tam olaraq Azərbaycan futbolundan uzaqlaşmamışdım”.