19 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirildi

“Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə klub 7-ci turda  “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi” klubunun rəsmi müraciətini, “Qarabağ”  klubunun rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edir:

 Misli Premyer  Liqasının 7-ci turunun “Nefçi”  – “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ”  – “Neftçi”  oyununun yeri dəyişdirilsin.

7-ci turun “Qarabağ”  – “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun Arena”da  oynanılsın.

Klubların əvəzedici heyətləri arasında baş tutacaq  oyunların proqramı  əvvəlcədən açıqlandığı kimi saxlanılsın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43