19 Sentyabr 2024
İdman

ABŞ-lı oyunçu bölgə klubunda

“Gəncə” basketbol klubu heyətinə daha bir legioner cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, ABŞ-dən olan Marqus Gilsonla müqavilə imzalanıb. 25 yaşlı mərkəz oyunçusu mövsümün sonunadək “Gəncə”nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, M.Gilson son mövsümü Gürcüstanda keçirib. O, “Kutaisi” ilə ölkə çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43