19 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubunun hədəfindəki futbolçu qərarını verdi – Danışıqlar başlamamış bitdi

“Kəpəz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu “Zirə”dən Abbas İbrahimi heyətinə qatmaq istəyib. Ancaq transfer alınmayıb.

Belə ki, yarımmüdafiəçinin “Kəpəz”dən tələb etdiyi maaş bu keçidə mane olub. Nigeriyalı oyunçu rəhbərlikdən yüksək maaş tələb edib və danışıqlar başlamadan bitib.

Xatırladaq ki, Abbas İbrahim “Zirə”də aylıq 8 min dollar maaş alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43