19 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Hələ də problem qalmaqdadı – Bakıdakı bu stadionda (FOTO)

“Liv Bona Dea Arena”nın tablo problemi hələ də öz həllini tapmayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Araz Naxçıvan”ın ev oyunlarını keçirdiyi stadionun tablosu artıq bir müddətdi ki, işləmir. AFFA-nın balansında olan arenadakı tablo yalnız “Zirə”nin bütün avrokubok matçlarında və qismən də “Araz Naxçıvan”ın bəzi oyunlarında işləyib. 

Mərdəkandakı stadionun tablosunun hansı müddətə kimi hazır olacağı isə sual olaraq qalmaqdadı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43