19 Sentyabr 2024
İdman

Lənkəran klubundan daha bir transfer

Azərbaycan Baketbol Liqasının debütantı “Lənkəran” yeni transferini reallaşdırıb.

Cənub təmsilçisi heyətini ABŞ-li oyunçu Qreqorq Milton ilə gücləndirib.

190 sm boya malik Milton universal basketbolçu sayılır. O, həm müdafiəçi, həm hücumçu, həm də oyunqurucusu mövqeyində çıxış edə bilir.

24 yaşlı oyunçu karyerası ərzində Lüksemburqun “AB Contern” və Meksikanın “Frayles” klublarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43