19 Sentyabr 2024
Dünya futbolu

Pioli ərəblərlə anlaşmağa yaxındır

“Milan”ın keçmiş çalışdırıcısı Stefano Piolinin yeni iş yeri bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Əl-Nəsr”in baş məşqçisi təyin olunmağa yaxındır. Tərəflər müqavilə şərtləri ilə bağlı danışıqlara davam edir.

Pioli bu vəzifədə Luis Kastronu əvəz edəcək.

Qeyd edək ki, mütəxəssisin son iş yeri “Milan” olub. Komanda onun baş məşqçiliyi altında 2021/22 mövsümündə çempion olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43