20 Sentyabr 2024
Milli komanda Ölkə futbolu

“Oğlum İtaliya kubokunda oynamış yeganə azərbaycanlı futbolçudu” – legioner həyatı yaşayan futbolçumuzun atası

“Raulnan bağlı gözləntilərimiz çox böyükdü. Sizə bir şey deyim, Raul 2 il bundan öncə İtaliya C seriya təmsilçilərinin birinə baxışa getmişdi. Orda məşqçilərdən biri dedi ki, bu uşaq mənə lazımdı. Lakin bəxt önəmli addımdı. Bəxtizlikdən İtaliya karyerası elə də uğurlu alınmadı. Burada AFFA-nın da günahı var. Onlar legioner həyatı yaşayan bu gənclə maraqlansaydılar, diqqətdə saxlasaydılar bu gün vəziyyət fərqli olardı. Ən azından ona mənəvi dəstək olardılar.”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında hazırda San Marinonun “Faetano” klubunda top qovan Raul Yaqubzadənin atası Sədrətdin Yaqubzadə oğlu ilə bağlı danışarkən deyib.

O, daha sonra oğlunun San Marino Futbol Federasiyasından təklif aldığını da sözlərinə əlavə edib:

“Raul yeganə azərbaycanlı futbolçudu ki, İtaliya kubokunda oynayıb. İtaliya C seriyasında bir neçə matçda meydanda olub. Onun cəmi 20 yaşı var. Xaricdə futbola yanaşma daha fərqlidi. Biz legioner həyatı yaşayan futbolçulara dəstək olmalıyıq. Ona San Marino millisinin U-21-də yerli federasiya tərəfindən çıxış etmək təklif olundu. Mənə ona buna qarşı olduğumu bildirdim. Çünki istəyirəm ki, Raul gələcəkdə bizim millinin, öz ölkəsinin şərəfini qorusun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43