23 Sentyabr 2024
Ölkə futbolu

Gəncədə istədiyi cavabı almadı, Bakıya üz tutdu

“Şamaxı” ilə görüşdə (0:2) zədələnən “Kəpəz”in futbolçusu Elmir Tağıyevin son durumu bəlli olub.

İdmanxeber.az-a verilən məlumara görə, futbolçu MRT olunub və onun əməliyyat olunma ehtimalının yarandığı bildirilir. Təkrar müayinə üçün Bakıya gələcək oyunçu barədə yekun qərarı həkimlər verəcək.

Xatırladaq ki, “Şamaxı” ilə matçda ciddi zədə alan Tağıyev meydanı tərk etmək məcburiyyətində qalmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43