25 Sentyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan”ın qapıçısı milliyə dəvət aldı

“Araz-Naxçıvan” klubunun qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

İdmanxeber.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qolkiper ölkəsinin əsas komandasının Millətlər Liqasında Andorra və Malta ilə keçirəcəyi matçlar üçün nəzərdə tutulan heyətində yer alıb.

Qeyd edək ki, Moldova yığması oktyabrın 10-da Kişinyovda Andorranı qəbul edəcək. Komanda 3 gün sonra səfərdə Maltanın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43