04 Dekabr 2024
Ölkə futbolu

Bölgə klubunun rəhbəri söz verdi – 1 həftə zaman istədi

“Şamaxı” rəhbərliyi futbolçulara olan borcunu qısa vaxtda ödəyəcəyini bildirib. Söhbət ötən mövsüm I Liqada qazanılan çempionluq mükafatından gedir.

Rəhbərlik oyunçuların hər birinə 5000 manat “premya” vəd etsə də, pullar hələ ödənilməyib. Ötən mövsüm əyalət təmsilçisini çempion edən kollektivdən bir çoxu komandadan ayrılıb. Ancaq futbolçular onlara vəd edilən mükafatdan vaz keçmək niyyətində deyillər.

Onlar hər dəfə “Şamaxı” rəhbərliyindən verdiyi sözə əməl etmələrini tələb edir. Bölgə klubu rəhbərliyi isə yaxın günlərdə futbolçuları sevindirə bilər.

Əldə etdiyimiz məlumata görə, futbolçuların hər birinə vəd edilən 5000 manat bu ayın sonu ödəniləcək. Klub rəhbəri oyunçulardan ayın sonuna qədər səbr etmələrini xahiş edib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43