Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun şərəfini qoruduğu “Radomyak” Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatna görə, komanda səfərdə “Qornik Zabrze” ilə qarşılaşıb.
Bir oyundan ibarət matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda 1 qol vuran “Radomyak” mərhələ adlayan tərəf olub.
Rahil Məmmədov bu matçda start heyətində meydana çxıb və 120 dəqiqəni əvəzolunmadan keçirib.