27 Sentyabr 2024
Dünya futbolu

“Barselona” bu hücumçunu izləyir

“Barselona” “Aston Villa”nın hücumçusu Con Duranla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar 20 yaşlı kolumbiyalının çıxışını bəyənirlər. Məşqçilər heyəti oyunçunu diqqətdə saxlayır.

Duran 2023-cü ilin yanvarından “Aston Villa”da çıxış edir. 2024/25 mövsümündə forvard komandasının heyətində bütün yarışlarda keçirdiyi 7 oyunda 5 qol vurub.

Hücumçunun klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir. “Transfermarkt” portalı forvardın dəyərini 20 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43