“Mançester Siti”nin və İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını ÇSKA (Sofiya) klubunda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Bolqarıstan klubu artıq italyalı ilə danışıqlar aparır. 34 yaşlı Balotell Türkiyənin “Adana Dəmirspor”la müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatdıqdan sonra azad agent statusundadır.
Futbolçu əvvəllər İtaliyanın “İnter”, “Milan”, “Breşiya” və “Monza”, İngiltərənin “Mançester Siti” və “Liverpul”, Fransanın “Nitsa” və “Marsel” kimi klublarında çıxış edib. “İnter”in tərkibində forvard üçqat İtaliya çempionu və Çempionlar Liqasının qalibi olub, “Mançester Siti” ilə birlikdə Premyer Liqanı qazanıb.