“Liverpul”un zədəli qapıçı Alisson Bekker sağalıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Arne Slot açıqlama verib. O bildirib ki, Alissonun durumu yaxşıdı və o, artıq komanda ilə məşqlərə başlayıb. Mütəxəssis Alissonun növbəti matçda “Liverpul”un qapısını qoruya biləcəyini vurğulayıb.
“Liverpul” sentyabrın 28-də səfərdə “Vulverhempton”la Premyer Liqa oyununa çıxacaq.