27 Sentyabr 2024
Dünya futbolu

Ançelottidən derbi öncəsi Arda qərarı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Atletiko” ilə derbi görüşündə Arda Güləri əsas heyətdə oynada bilər.

İdmanxeber.az-ın məlumatına görə, Kilian Mabeppinin zədəli olması səbəbindən baş məşqçi bu addımı atacaq. Nüfuzlu “Marca” nəşri yazır ki, hücum xəttində Rodriqo və Endrikə forma verəcək Karlo onların arxasında isə Gülərə şans tanıyacaq. 

Türkiyəli futbolçunun bu görüşdə əsas heyətdə başlamasına böyük ehtimal verilir. Arda cari mövsüm “Real” forması ilə 8 oyunda iştirak edib.

“Atletiko” – “Real” matçı ayın 29-da, saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43