27 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” bu futbolçu ilə anlaşdı – RƏSMİ

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə, komanda ötən mövsümü “Qəbələ”də keçirmiş Rəşad Əzizli ilə mövsümün sonunadək müqavilə imzalayıb. 30 yaşlı qapıçı 94 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43