27 Sentyabr 2024
Dünya futbolu

Serhat Akın güllələndi – VİDEO

“Fənərbağça”nın sabiq hücumçusu Serhat Akın silahlı hücuma məruz qalıb.

İdmanxeber.az-ın məlumatına görə, idman şərhçiliyi edən keçmiş futbolçu ayağından vurulub. Onun hazırda xəstəxanada olduğu və durumunun da yaxşı doğru getdiyi bildirilir.

Akın “Fənərbağça” rəhbərliyini sərt tənqid etməsi ilə tanınırdı. O, xüsusən də komandanın “Qalatasaray”a məğlub olmasının ardından Ali Koça sərt ifadələr işlətmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43