27 Sentyabr 2024
İdman

Gənclər və İdman Nazirliyinin kollektivi II Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür.

İdmanxeber.az xəbər ki, 27 Sentyabr – Anım Günündə nazir Fərid Qayıbov və nazirliyin əməkdaşları əvvəlcə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Nazirliyin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.

Nazirliyin əməkdaşları paytaxtdakı Zəfər parkını da ziyarət ediblər. Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43